Bakı. Trend:
2025-ci ilin yanvar-mart aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 474,5 manatdan çox olub.
Trend-ə bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz və ya 154,4 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 13,6 faiz artaraq 963,5 milyon manatdan çox təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artıb və 52,3 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14 faiz artaraq 39,5 milyon manata yaxın təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin müvafiq dövrünə nisbətən 11,8 faiz artıb və 260 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,7 faiz artaraq 180,9 milyon manata yaxın təşkil edib.