...

Fransa şirkəti Azərbaycan bazarını tərk edir

İqtisadiyyat Materials 11 Aprel 2025 14:14 (UTC +04:00)
Fransa şirkəti Azərbaycan bazarını tərk edir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın "Şneyder Elektrik İndustri Sas" sirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi rəsmi şəkildə bağlanır.

Trend-in əldə etdiyi məlumata görə, bu barədə şirkət özü elan edib.

Şirkətin hansı səbəbdən bu qərarı qəbul etməsi açıqlanmayıb.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1008 Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 22, mənzil 22 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, ötən il şirkətin Azərbaycan bazarını tərk etməsi ilə bağlı məlumatlar yayılmışdı.

Sözügedən şirkət 2009-cu ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Şirkətin Azərbaycandakı filialının qanuni təmsilçisi Leveqve Pierre Bernarddır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti