...

Azərbaycanla Moldova arasında bərpa olunan enerji sahəsində Anlaşma Memorandumu imzalanıb

İqtisadiyyat Materials 11 Aprel 2025 14:42 (UTC +04:00)
Azərbaycanla Moldova arasında bərpa olunan enerji sahəsində Anlaşma Memorandumu imzalanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Moldova Respublikasının Energetika Nazirliyi yanında Milli Dayanıqlı Enerji Mərkəzi arasında “Bərpa olunan enerji sahəsində əməkdaşlığın təşviqi haqqında” Anlaşma Memorandumu imzalanıb.

Trend bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, memorandum enerji sahəsində, eyni zamanda bərpa olunan enerji mənbələrindən istifadəyə dair təcrübə mübadiləsinin genişləndirilməsi, bərpa olunan enerji texnologiyalarını və innovativ həlləri inkişaf etdirmək üçün tədqiqat təşəbbüsləri üzərində əməkdaşlığın inkişaf etdirilməsini ehtiva edir.

Memorandum Bakıda keçirilən Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası çərçivəsində imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti