Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında magistral qaz kəmərləri ilə 10 764,6 milyon kubmetr qaz nəql edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Bildirilib ki, magistral qaz kəmərləri ilə qaz nəqli ötən ilin eyni dövrü ilə müqayisədə 369 milyon kubmetr və ya 3,3% azdır.
Belə ki, ötən ilin yanvar-mart aylarında magistral qaz kəmərləri ilə 11 133,6 milyon kubmetr qaz nəql edilib.
Qeyd olunub ki, qazın nəqlinin 50,6 faizi BakıTbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.