...

Qazaxıstan Maliyyə nazirliyinin 2024-cü ildə yerləşdirdiyi avroistiqrazların ümumi məbləği məlum olub

İqtisadiyyat Materials 22 May 2025 11:49 (UTC +04:00)
Qazaxıstan Maliyyə nazirliyinin 2024-cü ildə yerləşdirdiyi avroistiqrazların ümumi məbləği məlum olub
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın Maliyyə Nazirliyi 2024-cü ildə ümimilikdə 15 milyard ABŞ dolları məbləğində avroistiqraz yerləşdirib.

Trend xəbər verir ki, bu barədə “Jusan İnvest” SC-nin idarə heyətinin sədri Timur Səlimov Bakıda keçirilən “KASE Day” adlı tədbirdə çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, Qazaxıstanın Maliyyə Nazirliyi müxtəlif valyutalarda qiymətli kağızlar yerləşdirməklə avroistiqaz bazarını fəal şəkildə inkişaf etdirməyə davam edir. Bu, maliyyələşmə mənbələrinin şaxələndirilməsinə xidmət edir və bazarın xarici investorlar üçün cəlbediciliyini artırır.

“Maliyyə Nazirliyi avroistiqraz bazarında yüksək aktivlik nümayiş etdirir. Qiymətli kağızların müxtəlif valyutalarda yerləşdirilməsi bazarı daha çevik və dayanıqlı edir”, - Salimov vurğulayıb.

O həmçinin əlavə edib ki, 2024-cü ildə dövlət qiymətli kağızları ilə ticarətin ümumi həcmi 8 trilyon təngə (təxminən 15 milyard ABŞ dolları) təşkil edib ki, bu da ötən illə müqayisədə 1% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti