...

2024-cü ildə ƏDV üzrə büdcə daxilolmaları 9%-dən çox artıb

İqtisadiyyat Materials 27 May 2025 10:00 (UTC +04:00)
2024-cü ildə ƏDV üzrə büdcə daxilolmaları 9%-dən çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il əlavə dəyər vergisi (ƏDV) üzrə büdcə daxilolmaları 8,104 milyard manat proqnoza qarşı icra 8,894 milyard manat və ya 790,3 milyon manat (9,8%) olub ki, bu da 2023-cü illə müqayisədə 766,5 milyon manat və ya 9,4% çoxdur.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.

Məlumata görə, ƏDV üzrə daxil olan vəsaitin 95,7%-i və ya 8,516 milyard manatı qeyri-neft sektorunun, 4,3%-i və ya 378,5 milyon manatı neft sektorunun payına düşüb.

Ölkə daxili əməliyyatlar üzrə ƏDV 3,648 milyard manat proqnoza qarşı icra 4,285 milyard manat və ya 637,2 milyon manat (17,5 faiz) çox olub.

ƏDV üzrə dövlət büdcəsinə qeyri-neft sektorundan daxilolmalar 3,907 milyard manat təşkil edib ki, bu proqnozla müqayisədə 608,7 milyon manat və ya 18,5%, 2023-cü illə müqayisədə isə 592,7 milyon manat və 17,9% çoxdur.

Proqnozdan artıq icra vergi orqanları tərəfindən hesablanmış məbləğdən 409,1 milyon manat və ya 11,7% artıq təmin edilmiş vəsait, 2023-cü illə müqayisədə artım isə qeyri-neft ÜDM-nin real artım tempinin 2023-cü illə müqayisədə 6,2%, eyni zamanda qeyri-neft sektoru üzrə ƏDV-yə cəlb olunan dövriyyənin artması olub.

Belə ki, ƏDV tutulmalı dövriyyə 2023-cü illə müqayisədə tikinti sektoru üzrə 836,5 milyon manat və ya 4,4%, nəqliyyat sektoru üzrə 1,108 milyard manat və ya 13,7%, pərakəndə ticarət üzrə 1,224 milyard manat və ya 5,9%, topdansatış ticarət üzrə 858,8 milyon manat və ya 4,0%, bank və sığorta sektoru üzrə 1,063 miyard manat və ya 15,6% artıb. Dövriyyələrin artmasının nəticəsi olaraq, tikinti sektoru üzrə 154,7 milyon manat və ya 1,4 dəfə, sənaye sektoru üzrə 58,3 milyon manat və ya 13,7%, topdansatış ticarət üzrə 41,8 milyon manat və ya 8,5%, pərakəndə ticarət üzrə 21 milyon manat və ya 7,6% artıb.

Qeyri-neft-qaz sektoru üzrə ƏDV-nin qeyri-neft ÜDM-də xüsusi çəkisi 2023-cü ilə nisbətən 0,3% bənd artaraq 4,6 faizə yüksəlib.

Gömrük orqanlarının xətti ilə ƏDV üzrə 4,456 milyard manat proqnoza qarşı icra 4,609 milyard manat və yaxud 153,1 milyon manat (3,4%), 2023-cü illə müqayisədə isə 165,5 milyon manat və ya 3,7% çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti