...

İcbari Tibbi Sığorta Fondunun 2026-cı il büdcəsi təsdiqlənib

İqtisadiyyat Materials 29 Dekabr 2025 14:39 (UTC +04:00)
İcbari Tibbi Sığorta Fondunun 2026-cı il büdcəsi təsdiqlənib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İcbari Tibbi Sığorta Fondunun 2026-cı il büdcəsi təsdiqlənib.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, gələn il Fondun büdcə xərclərinin 2 milyard 621,5 milyon manat (bu illə müqayisədə 10,9 % az) olması proqnozlaşdırılır.

Xərclərin 1 milyard 976 milyon manatının Fondun gəlirlərinin (23,2 % az), 645,5 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (74,5 % çox) hesabına qarşılanması nəzərdə tutulur.

2026-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 900 milyon manatı və yaxud 2,2 %-i İTSF-yə ayırmaların payına düşəcək. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 36,5 % azdır.

Xəbər lenti

Xəbər lenti