...

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi 31,4 milyard manatı ötüb

İqtisadiyyat Materials 29 Dekabr 2025 17:17 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi 31,4 milyard manatı ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin dekabrın 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşunun (bank və qeyri-bank birlikdə) həcmi 31,451 milyard manat təşkil edib.

Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, banklar və qeyri-banklar tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşunun həcmi bir ay əvvələ nisbətən 281,7 milyon manat və ya 0,9%, 2024-cü ilin dekabrın 1-nə nisbətən isə 2,4 milyard manat və ya 8,2% artıb.

Hesabat dövründə kredit qoyuluşunun 7,635 milyard manatı dövlət banklarının payına düşüb ki, bu da aylıq müqayisədə 73,7 milyon manat və ya 1%, illik müqayisədə isə 563,2 milyon manat və ya 8% artım deməkdir.

Bəhs olunan dövrdə iqtisadiyyata kredit qoyuluşlarının 22,050 milyard manatı özəl bankların payına düşüb. Bu isə cari ilin noyabrın 1-nə olan göstərici ilə müqayisədə 207,9 milyon manat və ya 0,9%, ötən illin dekabrın 1-nə olan göstəriciyə nisbətən isə 1,7 milyard manat və ya 8,6% çoxdur.

Bundan başqa, bu ilin dekabrın 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşlarının qeyri-bank kredit təşkilatlarına düşən payı 1,765 milyard manat olub ki, bu da aylıq müqayisədə eyni səviyyədə qalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 66,9 milyon manat və ya 3,9% artıb.

Qeyd edək ki, hesabat dövründə dövlət bankları tərəfindən kredit qoyuluşu ümumi kredit qoyuluşunun 24,3%-ni, özəl banklar tərəfindən kredit qoyuluşu ümumi kredit qoyuluşunun 70,1%-ni, bank olmayan kredit təşkilatları tərəfindən qoyulan kredit qoyuluşu ümumi kredit qoyuluşunun 5,6%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti