Bakı. Trend:
Azərbaycanın mədəni irsinin davamlı tanıdılması istiqamətində işləri davam etdirəcəyik.
Trend xəbər verir ki, bunu bu gün BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Milli İncəsənət Muzeyində əsaslı təmir olunmuş "Altmışıncılar nəsli: konformizmdən kənar Azərbaycan incəsənəti" adlı yeni sərgi zallarının və daimi ekspozisiyanın açılış mərasiminə deyib.
Onun sözlərinə görə, BP-nin dəstəyi ilə reallaşan layihə çərçivəsində artıq Milli İncəsənət Muzeyində möhtəşəm əsərləri daha aydın görmək mümkündür.
"Burada əsaslı təmir işləri aparılıb. İşlər çərçivəsində müasir işıqlandırma sistemləri quraşdırılıb. BP şirkətinin Azərbaycanın iqtisadiyyatına böyük töhfə verdiyi doğrudur. Lakin hər şey iqtisadiyyat deyil. İncənəsət və mədəniyyət də çox önəmlidir", - o vurğulayıb.
"Biz Azərbaycanın zəngin və füsunkar mədəni irsini qorumaq, tanıtmaq və yaşatmaqda iştirak etdiyimiz üçün qürur duyuruq və bu yolu gələcəkdə də çoxsaylı yeni və maraqlı layihələrlə davam etdirməyi səbirsizliklə gözləyirik", - o əlavə edib.
