Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) Lüksemburqun Maliyyə Texnologiyalarının Ötürülməsi Agentliyi (ATTF) ilə əməkdaşlıq imkanlarını müzakirə edib.
Trend bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, Lüksemburqun Maliyyə Texnologiyalarının
Ötürülməsi Agentliyinin (ATTF) nümayəndə heyəti Mərkəzi Bankda
səfərdə olub.
Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə nümayəndə heyəti ilə
görüşüb.
Səfər çərçivəsində ATTF heyəti həmçinin Azərbaycan Banklar
Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan
Mikromaliyyə Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası,
eləcə də bankların tədris və inkişaf üzrə struktur bölmələrinin
nümayəndələri ilə keçirilən görüşlərdə iştirak edib.
Görüşlər zamanı ATTF-in dəstəyi ilə Azərbaycan üçün təşkil olunmuş
təlimlər barədə rəylər öyrənilib, mövcud təlim ehtiyacları üzrə
məlumat toplanıb və gələcək əməkdaşlıq imkanları ətrafında geniş
fikir mübadiləsi aparılıb.
