...

Ekspert: "Azərbaycanın əmək bazarı yeni işçi qüvvələri qəbul etməyə hazırdır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2007 16:35 (UTC +04:00)
Ekspert:  "Azərbaycanın əmək bazarı yeni işçi  qüvvələri qəbul etməyə hazırdır"

Azərbaycan, Bakı / Trend , müxbir U.İsmayılova/ Azərbaycanın əmək bazarı, ailəsində əmək qabiliyyəti olmayan şəxslərə baxan və ünvanlı sosial yardım alan insanları işlə təmin etməyə hazırdır. Bu barədə bazar ertəsi POO Diplomat Ltd Baku Kadr Agentliyinin direktoru Konstantin Frenkin bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan əhalisinin sosial reabilitasiyası siyasətini gücləndirir və bu istiqamətdə 14 layihə işləyib hazırlamağı planlaşdırır. Sosial reabilitasiya layihələri əmək qabiliyyəti olmayan və ünvanlı sosial yardım alan insanların qayğısına qalan insanların işlə təmin olunmasını nəzərdə tutur. Əmək Nazirliyinin məlumatına görə, Azərbaycanda, sentyabrın 1-nə olan məlumata görə, 60155 ailə ünvanlı sosial yardım alır.

"Məsələ ondadır ki, uzun müddət ailəsindəki əmək qabiliyyəti olmayan insana baxan (Qulluq edən) insan nə dərəcədə ixtisaslaşmış şəxs ola bilər" - deyə Frenkin vurğulayıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, sentyabrın 1-də Azərbaycanda işsizlərin sayı 51614 nəfər, işləyən əhalinin sayı isə, təxminən 4 milyon təşkil edib.

Frenkinin sölərinə görə, ixtisaslaşdırılmış əməkdaşların çatışmaması Azərbaycanın əmək bazarında başlıca problemdir.

"Azərbaycanda qadınlarla bağlı deyil, kişilərlə bağlı işsizlik problemi mövcuddur" - deyə Frenkin əlavə edib.

Ekspertin rəyinə görə, bu gün hər bir kəs ali təhsil ocaqlarına daxil ola və diplom ala bilər. Lakin bu o demək deyil ki, tələbə məktəbi mütəxəssis kimi qurtaracq.

"Tələbələr institutu birir və iş axtarmağa başlayır. İşə qəbul zamanı aydın olur ki, diplom onun biliyini sübuta yetirmir və bu halda, tələbə iş tapa bilmədiyini bildirir" - deyə Frenkin söyləyib.

POO Diplomat Ltd Baku Kadr Agentliyi Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti