...

Azərbaycan Dövlət Baytarlıq Xidməti torpaqda qara yara xəstəliyinin olmadığını təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2007 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ Azərbaycanın Bərdə rayonunda müvəqqəti məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkünlərin yaşadığı ərazidə torpaqdan götürülmüş nümunələr qara yara xəstəliyinin olmadığını müəyyən edib.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətindən şənbə günü verilən məlumata görə, Bərdə və digər rayonlarda qeydə alınmış bütün heyvanlar qara yaraya qarşı peyvənd olunub.

Əvvəllər Bərdə rayonunda müvəqqəti məskunlaşmış Kəlbəcər rayonundan olan 10 məcburi köçkündə xarici əlamətlərinə görə qara yaranı xatırladan yolxucu xəstəlik aşkar olunub. Xəstəliyin mənbəyinin xırdabuynuzlu heyvanların olması barədə fikirlər söylənilib. Baytarlıq Xidməti heyvanların bu xəstəliyə tutulmadığını göstərən laborator təqiqatlar aparıb.

Xəbər lenti

Xəbər lenti