...

Doqquz ay ərzində Gəncə-Qazax iqtisadi rayonunda 17 min iş yeri açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2007 19:06 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Doqquz ay ərzində Gəncə-Qazax iqtisadi rayonunda 17 min iş yeri açılıb. Bunlardan 8 mini daimi, qalanları müvəqqəti və mövsümi xarakter daşıyıb. Bu barədə məlumatı çərşənbə günü İqtisadi İnkişaf Nazirliyinin Gəncə-Qazax iqtisadi rayonu üzrə şöbəsinin müdiri Azər Muradov verib.

Onun sözlərinə görə iqtisadi rayon üzrə müvafiq hesabat dövründə ən çox iş yeri Şəmkir rayonunda açılıb. Bu müddət ərzində rayonda 5267 vətəndaş işlə təmin olunub ki, onlardan 2143-ü daimi, 2360-ı mövsümi, 764-ü müvəqqəti xarakterli olub.

Muradov əlavə edib ki, 2007-ci ilin yanvar- sentyabr ayları ərzində Gəncə şəhərində işlə təmin olunan 2000 vətəndaşın 1500-nün iş yeri daimi olub. Hesabat dövründə Gədəbəy rayonunda 1184 iş yeri (173-ü daimi, 624-ü müvəqqəti, 387- mövsümi), Ağstafa rayonunda 950 iş yeri (590-ı daimi, 364-ü müvəqqəti), Tovuz rayonunda 794 iş yeri (743-ü daimi, 51-i müvəqqəti), Qazax rayonunda 506 iş yeri (416-sı daimi, 90-ı müvəqqəti) açılıb.

Xəbər lenti

Xəbər lenti