...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2007 13:37 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı/ Trend müxbir / Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0003 bənd möhkəmlənib (0,03 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,850175 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi oktyabrın 16-17-də (1 ABŞ dolları üçün 0,8503 manat), minimum isə oktyabrın 19-da (1 ABŞ dollarına 0,8500 manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
8oktyabr 0,8506 15oktyabr -
9oktyabr 0,8506 16oktyabr 0,8503
10oktyabr 0,8505 17 oktyabr 0,8503
11oktyabr 0,8504 18 oktyabr 0,8501
12oktyabr 0,8504 19 oktyabr 0,8500
Həftə ərzində orta 0,8505 Həftə ərzində orta 0,850175

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,001 bənd (0,1 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dolları üçün 0,8497 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi oktyabrın 16-da (1 ABŞ dollarına 0,8622 manat), minimum isə oktyabrın 19-da (1 ABŞ dollarına 0,8492 manat) müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): oktyabrın 15-də bayram günləri il əlaqədar olaraq sövdələləşmələr həyata keçirilməyib, oktyabrın 16-da 0,8502 AZN/USD məzənnəsi ilə $0,4 mln., oktyabrın 17-də - 0,8501 AZN/USD məzənnəsi ilə $1,97 mln., oktyabrın 18-də - 0,8493 AZN/USD məzənnəsi ilə $2,729 mln., oktyabrın 19-da - 0,8492 AZN/USD məzənnəsi ilə $2,070 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
8oktyabr 0,8506 15oktyabr -
9oktyabr 0,8506 16oktyabr 0,8503
10oktyabr 0,8505 17 oktyabr 0,8503
11oktyabr 0,8504 18 oktyabr 0,8501
12oktyabr 0,8504 19 oktyabr 0,8500
Həftə ərzində orta 0,8505 Həftə ərzində orta 0,850175
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
8oktyabr 0,8503 15oktyabr -
9oktyabr 0,8500 16oktyabr 0,8502
10oktyabr 0,8499 17 oktyabr 0,8501
11oktyabr 0,8499 18 oktyabr 0,8493
12oktyabr 0,8499 19 oktyabr 0,8492
Həftə ərzində orta 0,8500 Həftə ərzində orta 0,8497

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və T+2 BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət bir manat enərək 14 manat təşkil edib.

Özəlləşdirmə çeklərinin fəaliyyət müddəti 2008-ci ilin yanvarın 1-də bitir.

Xəbər lenti

Xəbər lenti