...

Bakıda daha 11 körpü tikiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2007 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir A.Bədəlova/ Bazar ertəsi Nazirlər Kabinetinin ölkənin son doquz ay ərzində sosial-iqtisadi inkişafının yekunlarına və həyata keçiriləcək qarşıdakı tapşırıqlara həsr olunmuş iclasında nəqliyyat naziri Ziya Məmmədov çıxışı zamanı bildirib ki, son doqquz ay ərzində Azərbaycan prezidenti İlham Əliyevin "2006-2007-ci illərdə Bakı şəhərinin nəqliyyat sisteminin təkmilləşdirilməsinə dai fəaliyyət planı"na dair sərəncamı çərçivəsində paytaxta orta tutumlu 140 avtobus gətirilib.

"Bakı şəhərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair proqram çərçivəsində yol ötürücülərinin və piyada keçidlərinin tikintisinə 150 mln. manat vəsait ayrılıb. Beş körpü və beş piyada keçidləri istismara verilib. Nəticədə bu obyektlərin yerləşdiyi ərazilərdə nəqliyyatın axını azalıb, piyadaların və hərəkətin təhlükəsizliyi təmin olunub" - deyə nazir qeyd edib.

"2008-2010-cu illərdə Bakının nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair əlavə fəaliyyət planı layihəsi çərçivəsində 11 körpünün, 10 piyada keçidinin, 13 çoxmərtəbəli avtlmobil dayanacağının tikintisi nəzərdə tutulur" - deyə Ziya Məmmədov bildirib.

Noyabrın ortalarında Koreyadan Azərbaycana 60, ilin sonuna qədər isə iri tutumlu daha 140 avtobus gətiriləcək. Doqquz ay ərzində yük və sərnişin daşınmalarına 828 lisenziya verilib. 291 min avtomobil vasitəsi 6 mln. manat həcmində vergi ödəyib.

Hazırda hərəkət qrafikinin işlənib hazırlınıb, marşrut xətləri və digər texniki tərəflər müəyyən olunub.

"Doqquz ay ərzində ölkənin nəqliyyat infrastruktununun inkişafı, respublikanın avtomobil magistrallarının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə 330 mln. manat həcmində sərmayə yaırılıb. Bu göstərici ötən ilin analoji dövrünün göstəricisindən 2,8 dəfə çoxdur" - deyə nazir məlumat verib.

Xəbər lenti

Xəbər lenti