...

Antiinhisar xidməti Bakının tanınmış ABS mağazasında pirat audiovizual məhsullar aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2007 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , Ü.İsmayılova/ Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin məlumatında bildirilir ki, Antiinhisar Dövlət Xidməti tərəfindən Səbail rayonu ərazisində yerləşən və Bakı şəhərində əsas audiovizual sənaye məhsullarının satışı obyekti kimi tanınan "ABC" mağazasında araşdırma aparılıb. Araşdırma zamanı mağazada mənşəyi bəlli olmayan, orijinaldan köçürülən xarici filmlərdən ibarət DVD-lərin istehlakçılara orijinal adı ilə satıldığı müəyyən olunub.

Antiinhisar Dövlət Xidmətinin əməkdaşları mənşəyi və qiyməti təsdiq edən müşayiətedici sənədləri olmayan, Mədəniyyət və Turizm Nazirliyində dövlət qeydiyyatına daxil edilməyən və əsasən də, pirat məhsullar olan 2384 ədəd DVD-ni rəsmiləşdirərək, satışdan çıxarıb.

Xəbər lenti

Xəbər lenti