...

Azərbaycanın Dölət Statistika Komitəsi qiymət artımından xəbər verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Noyabr 2007 08:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Oktyabr ayında ərzaq mallarının qiymətləri sentyabr ayı ilə müqayisədə 2,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri isə 0,6 faiz yüksəlmişdir. Azərbaycanın Dölət Statistika Komitəsinin verdiyi xəbəri görə oktyabr ayında istehlak mallarının qiymət indeksi 101,9 faiz təşkil etmişdir.

Həmin ay ərzində istehlak bazarında çörək, düyü, buğda unu, qarabaşaq və manna yarmaları, makaron və qənnadı məmulatları, bitki və kərə yağları, süd məhsulları, spirtli içkilər, limon, portağal, yerkökü, çuğundur, sarımsaq, kartof, qənd, şəkər tozu, mal və qoyun əti, nərə və ağ balıqlar bahalaşmışdır.

Dölət Statistika Komitəsinin məlumatına əsasən oktyabr ayında bəzi meyvələrin - alma, nar, xurma, qoz, şabalıd və balqabağın qiyməti qalxıb.

Qeyri-ərzaq mallarından isti paltar və ayaqqabı bahalaşıb. Tikinti materiallarından boya, sement, parket lakı, kərpic, ağac materialları bahalaşıb.

Həmçinin məişət texnikasının təmir qiyməti də artıb.

Xəbər lenti

Xəbər lenti