...

Azərbaycanın Daşınmaz Əmlak Bazarını 2008-ci ildə nə gözləyir- analitiklərin rəyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2007 19:53 (UTC +04:00)
Azərbaycanın Daşınmaz Əmlak Bazarını 2008-ci ildə nə gözləyir- analitiklərin rəyi

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanda Daşınmaz Əmlak Bazarının formalaşması prosesi 1993-cü ildə Dövlət Əmlakının Özəlləşdirilməsinə dair Dövlət Proqramının qəbul edilməsi ilə başlanıb. Tikinti sektorunun inkişafına paralel olaraq, ölkənin yaşayış fondu da dəyişməyə başladı. Daşınmaz Əmlak Bazarında baş verən dəyişikliklər özünü, ilk növbədə, paytaxtda göstərdi ki, burada iqtisadi fəallıq regionlarla müqayisədə yüksəkdir. Tiktinti, eləcə də, mənzil tikintisi sektoru inkişaf tepminə görə, neft sənayesindən sonra ikinci yeri tutur.

"Əmlak bazarının iştirakçıları" İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov:

- Azərbaycanın Daşınmaz Əmlak Bazarında 2008-ci ildə müsbətə doğru dəyişiklərin baş verməsi gözlənilmir. 2008-ci ildə qiymətlərdə kəskin tərəddüdünün olmayacağına baxmayaraq, yayda Bakıda binanın uçmasından sonra bazarın aşağı düşməyə başlayan fəallığı xeyr dərəcədə azalacaq. Lakin bunlara baxmayaraq, ölkənin regionlarında Daşınmaz Əmlak Bazarırın fəallığının müşahidə olunacağı ehtimal olunur.

"İqtisadi Araşdarmalar Mərkəzi" QHT-nin rəhbər Qubad İbadoğlu:

- 2008-ci ildə Daşınmaz Əmlak Bazarında böyük dəyişkliklərin baş verəcəyini gözləməyə dəyməz. Əmlakın qiymətinin qalxması tendensiyası gələn il də davam edəcək. Əhalinin cari təkliflərə olan tələbatının ödənilməməsi problemi də müşahidə olunacaq. Tələbatın ödənilməməsinin digər bir səbəbi isə, 2008-ci ildə Azərbaycanda ipotekanın 1000 nəfər üçün nəzərdə tutulması və sosial xarakterli olması səbəb olacaq, nəzərə alsaq ki, 2008-ci ilin dövlət büdcəsindən Fond üçün 35 mln. manat vəsait ayrılcaq, sosial ipotekanın maksimum məbləği 35 min manat təşkil edir.

"Caspian Property Services" qiymətləndirmə şirkətinin direktor müavini Elnur Azadov

- Daşınmaz Əmlak Bazarının hazırki vəziyyətindən çıxış etsək, hətta 2015-ci ilin sonunadək müsbətə doğru dəyişikliklərin baş verməsini gözləmək olmaz. 2008-ci ildə daşınmaz əmlakın qiyməti daha 10-15% artacaq. Ölkədə çoxlu sayda binaların ucaldılmasına baxmayaraq, onların əhalinin tələbatını ödəmək gücündə deyillər. Birincisi, ona görə ki, ölkədə şəxsi əmlaka malik olmayan insanlar çoxdur, ikincisi isə, ortatəminatlı şəxs bu gün hazırki qiymətlərlə mənzil almaq iqtidarında deyil.

Xəbər lenti

Xəbər lenti