...

Bakı Banklararası Valyuta Birjası dekabrın 6-da bağlanan əqdlərin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2007 19:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bakı Banklararası Valyuta Birjasından verilən məlumata görə, Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nətijələrinə görə, 06 dekabr tarixdə USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8448 AZN təşkil edib.

BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollara görə 0,8443 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 846 300 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,0020 bənd düşüb və 0,8463 AZN təşkil edib.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 5 758 204 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8445 AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, "Birca Elektron Sistemində Ticarət"in ümumi həcmi USD/AZN aləti üzrə $7 816 000 ABŞ dolları və ya 6 604 504 AZN təşkil edib. Orta hesabla, hər sövdələşmənin payına 781 600 ABŞ dolları düşür.

Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.

AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,14%, ABŞ dolları üzrə isə illik 16,56% təşkil edib.

Gün ərzində banklar arasında həcmi 700 000 AZN müddəti 14 gün təşkil edən əqd qeydə alınıb. Banklararası kreditlər üzrə faiz dərəcəsi illik 13,00% təşkil edib.

Xəbər lenti

Xəbər lenti