...

PALMALİ Şirkətlər Qrupu donanmasını genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2007 19:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Şirkətdən bildirblər ki, 2007-ci il dekabrın 5- də PALMALİ Şirkətlər Qrupu ilə Nijnı Novqorod şəhərinin "Krasnoye Sormovo" gəmiqayırma zavodunun rəhbərliyi arasında RST 22 layihəli "Yeni Armada" tipli beş tankerin inşası haqda müqavilə imzalanıb. Tankerlər sifarişçiyə 2009-cu ilin birinci yarısında təhvil veriləcək. Lahiyə Odessa şəhərinin "Gəmi Mühəndisliyi Bürosu" tərəfindən hazırlanıb. Bu seriyadan olan tankerlərin dedveyti dənizdə 4.60 m suya oturmada - 6900 ton, çayda 3.60 m suya oturmada - 4550 tondur. Gəminin uzunluğu 139.95 m, eni - 16.60 m, göyərtəsinin hündürlüyü - 6 m, çayda və dənizdə suya oturma dərəcəsi, müvafiq olaraq, 3.60 m və 4.60 m-dir. Yüksək dərəcədə avtomatlaşdırılan gəminin heyəti 12 nəfərdən ibarət olacaq. Tankerlər Qara dəniz, Azov, Baltik və Aralıq dənizlərində neft və neft məhsullarının daşınması üçün istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti