...

Daha bir Azərbaycan bankı öz nizamnamə kapitalını artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2007 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bakı Fond Birjasının cümə axşamı yayılan məlumatında bildirilir ki,

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Rabitəbank" ASC-nın adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Emissiyanın həcmi 3.000.000 AZN təşkil edir, bir səhmin nominal dəyəri 20 AZN-dir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində çıxış edən təşkilat "Azəriqazbank" ASC-dir. Səhmləri əldə etmək istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nın üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilərlər.

"Rabitəbank" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti Bakı Fond Birjasının internet-saytında yerləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti