...

Azərbaycan Dövlət Sığorta Şirkəti kənd təsərrüfatı istehsalında sığortanı inkişaf etdirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2007 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ " TrendCap ", müxbir Ü.İsmayılova/ Azərbaycanın Dövlət Kommersiya Sığorta Şirkəti "Azersigorta" kənd təsərrüfatı istehsalı sahəsində sığortaların 50 faizinin dövlət büdcəsi hesabına ödənilməsi üçün hökumətə təkliflər paketi təqdim edib. Bu barədə cümə axşamı Şirkətin İdarə Heyəti sədrinin müavini Aftandil Hacıyev məlumat verib. "Dövlət Sığorta Şirkəti kənd təsərrüfatı istehsalında sığortanı inkişaf etdirmək niyyətindədir" - Hacıyev bildirib. Onun sözlərinə görə, sığortanın bu növü üçün tarif çox yüksək olmasa da (hər becərilən hektardan 5 faiz), fermerlər vəsait çatışmazlığından şikayətlənirlər. Azərbaycanda kənd təsərrüfatına yardım və inkişaf haqqında Qanuna yayda təsdiqlənən əlavələrə görə, kənd təsərrüfatı sığortasında sığorta haqqlarının maliyyələşdirilməsinin dövlət payı 25 dən 50%-ə qaldırılıb. Dövlət büdcəsindən sığorta edilən kənd təsərrüfatı bitkilərinin siyahısına buğda, arpa, qarğıdalı, günəbaxan, kartof, şəkər çuğunduru, tərəvəz (göyərti istisna olmaqla) daxil edilib.

Xəbər lenti

Xəbər lenti