...

Bakıda yeni metro stansiyalarının tikintisi nəzərdə tutulur - Metropolitenin rəisi (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2007 12:35 (UTC +04:00)
Bakıda yeni metro stansiyalarının tikintisi nəzərdə tutulur - Metropolitenin rəisi (video)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Gələn ilin avqust ayında Bakı Metropoliteninin yeni tikilən "Nəsimi" və əsaslı təmir olunan "Bakı Soveti" stansiyalarının və 28 May küçəsindən Mirəli Qaşqay küçəsinədək yeraltı keçidin açılış mərasimləri olacaq. Trend in məlumatına görə, bu barədə bazar ertəsi Bakı Metropoliteninin rəisi Tağı Əhmədov jurnalistlərə bildirib. Onun sözlərinə görə, keçiddə artıq ekskalatorlar quraşdırılıb, hazırda vestibülün bərpası işləri gedir.

Metropoliten rəisinin sözlərinə görə, "Bakı Soveti" stansiyasının təmiri və xarici görünüşünün dəyişdirilməsi işlərinə dövlət büdcəsindən bu il 4 milyon manat ayrılıb.

Əhmədov onu da bildirib ki, Bakı-Sumqayıt, Bakı Soveti-Badamdar, Həzi Aslanov-Köhnə Günəşli-Yeni Günəşli-Qaraçuxur-Bakıxanov stansiyalarının da inşası nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti