Azərbaycan, Bakı, 12 yanvar/ Trend / Azərbaycanda son dörd il ərzində 640 min yeni iş yeri açılıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2007-ci ilin sosial-iqtisadi nəticələri və 2008-ci ilin planlarına həsr olunan iclasında bildirib.
Onun sözlərinə görə, bu iş yerlərindən 460 mini daimidir. 2007-ci ildə, 105 mini daimi olmaqla, ümumilkdə 145 min iş yeri açılıb.
"Son dörd il ərzində 1200 yeni məktəb tikilib -prezident İlham Əliyev bildirib. Hazırda min şagirdə 29 kompüter düşür. Bu rəqəm üç- dörd il əvvəl 1-ə bərabər olub.
İlham Əliyevin sözlərinə görə, 2007-ci il neft-qaz layihələrinin reallaşdırılması baxımından vacib əhəmiyyətli il olub. Cənubi Qafqaz Qaz Kəməri (SCP) ilə təbii qazın nəqlinə başlanılıb. "Şahdəniz" yataqlarında və Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) öz yataqlarında qaz hasilatı artıb.
"Qaz yeni qəsəbələrə, regionlara verilir. Proses 2008-ci ildə də davam etdiriləcək. Azərbaycan, ilk növbədə, öz təlabatını (qaza olan) ödəməlidir"-prezident bildirib.