Qazaxıstan, Astana, 21 yanvar / Trend , müxbir K.Konırova / "Kazaxstan Temirjolı" şirkəti dəmir yolu nəqliyyatı xidmətlərinin tariflərini 15 faiz qaldırmaq üçün hökumət dəstəyinə ehtiyac duyur. Bu barədə NK "Kazaxstan Temirjolı" SC-nin başcısı Jaksıbek Kulekeyev Astanada Baş nazir Karim Masimovun iştirakı ilə keçirilən Nəqliyyat və Kommuniksiya Nazirliklərinin kollegiya iclasında bildirib
"Dəmir yolu nəqliyyatının vəziyyəti kritik həddə çatıb. Bu sahənin yaxşılaşması və dəmiryol infrastrukturunun möhkəmlənməsi üçün təcili tədbirlər görülməlidir. Əks təqdirdə, ölkə iqtisadiyyatına ziyan dəyəcək", - Kulekeyev bildirib.
"Onun sözlərinə görə, yolun əsas elementlərinin 70 faizi dağıdılıb. Avtoblakirovka obyektlərinin də 37 faizi dağılıb, bu da qatarların hərəkətində təhlükə yaradır.
"Ötən il xüsusi halların (qəza, yoldançıxma, açılma) sayı 6,3 faiz artıb", - Milli şirkətin başcısı qeyd edib.
"Bundan əlavə, sürət qatarının dağılması yüksək səviyyəyə çatıb: yük vaqonlarının parkı - 71 faiz, sərnişin vaqonları - 73 faiz, lokomotiv parkının dağılması - 76 faiz təşkil edib.
"Sürət qatarının çatışmazlığı böyük problemdir. Təkcə 2007-ci ildə təxminən 50 mln. ton yükün daşınmasından imtina edilib. Bu da şirkətin gəlirlərinə ziyan vurur", - Kulekeyev deyib.
Onun fikrincə, qeyd edilən problemlərin əsas səbəbi dəmir yolu xidmətinin tariflərinin qaldırılmamasıdır.
Bununla yanaşı, Qazaxıstanın proqnozlaşdırılan 9 faizlik iqtisadi inkişafı dəmir yolu vasitəsi ilə daşımaların həcminin 10 faiz artacağını tələb edir.