...

Azərbaycan dövlət müəssisələrinin restrukturizasiyası üçün donorlar cəlb edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2008 16:07 (UTC +04:00)
Azərbaycan dövlət müəssisələrinin restrukturizasiyası üçün donorlar cəlb edə bilər

Azərbaycan, Bakı, 12 fevral/ " müxbir İ.Xəlilova/ Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi (DƏİDK)Azərbaycanın dövlət müəssisələrinin özəlləşdirmədən qabaq sağlamlaşdırılması və restrukturizasiyası üçün xarici investisiyaların cəlb edilməsinə yardım etməyə hazırdır. Bu barədə çərşənbə axşamı Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov özəlləşdirilən müəssisələrlə görüşdə bildirib.

İlk dəfə olaraq Dəyirmi Masa AYİB, Alman inkişaf bankı KfW, Beynəlxalq Maliyyə Korporasiyası, USAİD, Avropa İttifaqı, Alman texniki yardım cəmiyyəti GTZ, Asiya İnkişaf Bankı kimi beynəlxalq təşkilatların iştirakı ilə keçib.

"Beynəlxalq ekspertlər müəssisələrin gələcək sağlamlaşdırılmasında öz tövsiyələrini verə və onların özəlləşdirmə prosesinə investisiyaların cəlb edilməsinə yardım edə bilərlər", - Şahbazov bildirib.

Bu gün keçirilən tədbirdə beş Səhmdar Cəmiyyətin (SC) - "Azərboru" SC, Sumqayıt superfosfat zavodu, Mingəçevir tikiş fabriki, Lənkəran dəmirbeton zavodu və Mingəçevir şüşə lif zavodunun özəlləşdirilməsinə hazırlıq üzrə planlar müzakirə ediib.

Sədr müavininin sözlərinə görə, bu gün Dövlət Komitəsində gələcəkdə digər müəssisələrin də öz təkliflərini təqdim edəcəkləri dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması üzrə yeni şöbə fəaliyyətə başlayır.

Bu tədbirlər prezidentin "Özəlləşdirmədən qabaq dövlət müəssisələrinin sağlamlaşdırılması və restrukturizasiyası qaydaları haqqında" 2006-cı il 6 iyun fərmanı çərçivəsində aparılır. Onların problemləri ilk dəfə 2006-cı ildə, dövlət əmlakının idarə edilməsi və saxlanılması üzrə Dövlət Proqramının təsdiqindən sonra müzakirə edilib. Şahbazov, BMİ-nin iştirakı ilə Dəyirmi Masanın keçirilməsinin müəssisələr üçün avantaj yarada biləcəyini qeyd edib. Ötən tədbirdə belə maraq xüsusilə AYİB tərəfindən səsləndirilib.

2008-ci il üçün dövlət büdcəsindən dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı tədbirlərə 12,5 mln. manat ayrılıb.

Məqalə müəllifi ilə əlaqə üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti