...

"Georgian Airways" Bakıya uçuşların başlanmasını təxirə salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2008 14:52 (UTC +04:00)
"Georgian Airways" Bakıya uçuşların başlanmasını təxirə salıb

Gürcüstan, Tbilisi, 25 fevral / " , müxbir N.Kirtsxalia / Gürcüstanın "Georgian Airways" aviaşirkətinin şənbə günü, fevralın 23-dən həyata keçirmək niyyətində olduğu Tbilisi-Bakı aviareysinin açılışı təxirə salınıb.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin başçısı Nino Qiorqobianinin Trend a bildirdiyinə görə, yeni aviareysin açılış vaxtının kecikdirilməsinə səbəb - Bakı aeroportu administrasiyası ilə danışıqların uzadılmasıdır.

"Biz bu danışıqları aparırdıq və onları fevralın 24-ü üçün başa çatdırmağı nəzərdə tuturduq, lakin texniki səbəblərdən bunu etmək mümkün olmadı" - o deyib.

Qiorqobianinin sözlərinə görə, bu marşrut üzrə uçuşların həyata keçirilməsinin nə vaxt başlanacağı hələ dəqiq məlum deyil. "Hər şey danışıqların nə vaxt başa çatacağından asılıdır" - o deyib.

Şirkətin təyyarələri həftədə üç dəfə - cümə axşamı, cümə günü və bazar günü uçacaq. Biletin qiyməti 75 avrodan başlayır. Şirkət reysləri "CRJ" təyyarələri ilə həyata keçirəcək. Şirkət yeni aviareysin açılışı haqqında qərarı sərnişinlərin çoxsaylı tələblərinə əsasən qəbul edib.

Xəbər lenti

Xəbər lenti