Azərbaycan, Bakı, 09 aprel / " , Ü.İsmayılova/ Azərbaycanın sığorta şirkətlərinin sığorta pulu 1995-ci ildən 2007-ci ilədək 12 il ərzində təxminən 45 dəfə artaraq 172 mln. dollara çatıb.
Çərşənbə günü Azərbaycanın iri MBASK sığorta şirkətinin İdarə Heyətinin sədri Cəmil Məlikov bildirib ki, 1995-ci ildə Azərbaycanın sığorta şirkətlərinin məcmu sığorta pulu 3,9 mln. dollar təşkil edib. Həmin ildən bu günə kimi bazarda sığorta pulu 10 mln. həcmində olan sığorta şirkətlərinin sayı altıya çatıb.
Azərbaycan sığorta bazarında 28 sığorta və bir təkrarsığorta şirkəti fəaliyyət göstərir. 2007-ci ilin yekunlarına görə, şirkətlərin yığımlarının ümumi həcmi 35,62 mln. manat ödənişlə 147,2 mln. manat təşkil edib. 2007-ci ilin yekunlarına görə, sığorta bazarının lider onluğuna 5 mln. manatdan 20 mln. manat sığorta pulu göstəricilərinə malik şirkətlər daxildir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]