...

"Bank Standard" mart ayındakı fəaliyyətinin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2008 20:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / " Mart ayının yekunlarına görə, Azərbaycanın özəl bölməsinin ən iri banklarından biri "Bank Standard"ın aktivlərinin həcmi 649,0 mln. manat (780,1 mln. ABŞ dolları) təşkil edib. Son bir il ərzində bank aktivlərinin ümumi həcmi 327,6 mln. manat (393,8 mln. ABŞ dolları) və ya 102% artım göstərib. Bu göstərici üzrə mart ayı ərzində artım 22,1 mln. manat (26,5 mln. ABŞ dolları) və ya 4% təşkil edib. Bu barədə bankın bazar ertəsi yayılan məlumatında bildirilir.

2008-ci il mart ayının sonuna bank tərəfindən verilən kreditlərin həcmi 425,6 mln. manat (511,7 mln. ABŞ dolları) təşkil edib. Beləliklə, son 12 ay ərzində kredit portfelinin artımı 260,6 mln. manat (313,3 mln. ABŞ dolları) və ya 158% təşkil edib. Son bir ay ərzində bu göstərici 9,6 mln. manat (11,5 mln. ABŞ dolları) və ya 2% artıb.

2008-ci il mart ayının sonuna müştəri hesablarındakı vəsaitlərin həcmi 244,5 mln. manat (293,9 mln. ABŞ dolları) təşkil edib. Bu göstərici son 12 ay ərzində 88,0 mln. manat (105,8 mln ABŞ dolları) və ya 56% artıb. Eyni zamanda, son bir ay ərzində bu göstərici 9,2 mln. manat (11,0 mln. ABŞ dolları) və ya 4% azalmışdır ki, bu da bəzi korporativ müştərilərin vəsaitləri sərmayə məqsədilə hesablarından çıxarmaları ilə bağlıdır.

31 mart 2008-ci il tarixinə fiziki və hüquqi şəxslərdən cəlb edilmiş müddətli depozitlərinin həcmi 180,1 mln. manat (216,5 mln. ABŞ dolları) təşkil edib. Beləliklə, son bir il ərzində cəlb olunmuş depozitlərin həcmi 63,5 mln. manat (76,4 mln. ABŞ dolları) və ya 54% artıb. Eyni zamanda, bu göstərici son bir ay ərzində 2,7 mln. manat (3,2 mln. ABŞ dolları) və2008-ci ilin martında 1% azalıb. Azalmanın səbəbləri arasında öncəliklə bir sıra qısamüddətli məqsədli depozitlərin müddətləri başa çatdıqdan sonra çıxarılması halları göstərilməlidir.

2008-ci il ərzində bankın vergi ödənilənədək xalis mənfəəti 3,2 mln. manat (3,9 mln ABŞ dolları) təşkil edib. Bu göstərici üzrə son bir ay ərzində 0,4 mln. manat (0,5 mln ABŞ dolları) artım müşahidə olunub. 2008 ci ilin birinci rübünə olan gəlir 2007 ci ilin eyni tarixinə olan gəlirdən 0.28 mln (0.34 mln ABŞ dolları) çoxdur.

Xəbər lenti

Xəbər lenti