...

Azərbaycan ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə aqrar bölmə üçün subsidiyaların həcmini artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2008 15:07 (UTC +04:00)
Azərbaycan ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə aqrar bölmə üçün subsidiyaların həcmini artırır

Azərbaycan, Bakı,15 aprel / Trend , müxbir İ.Xəlilova/ Hökumət Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması çərçivəsində kənd təsərrüfatı üçün subsidiyaların həcmini artırmağa məcbur olub. Bu barədə çərşənbə axşamı iqtisadi inkişaf naziri Heydər Babayev bildirib. Yeni subsidiya mexanizmi fəaliyyətdə olan subsidiya mexanizmindən daha səmərəli olacaq.

"Bir çox beynəlxalq ekspertlər dünyada baş verən proseslər səbəbindən yoxsulluq səviyyəsinin artması, ərzaq üçün dövlətlərarası münaqişələrin yaranması barədə bəyan edirlər. Bu hələ proseslərin başlanğıcıdır, ona görə də biz vəziyyəti diqqətlə izləməliyik" - deyə nazir qeyd edib.

Hazırda hökumət subsidiya formasını dəqiqləşdirir. Babayevin fikrincə, bu, əlavə vergi güzəştləri vasitəsilə mümkün ola bilər. Gələn ildən kənd təsərrüfatı istehsalçılarını yenidən vergi ödənişlərindən azad edərək vergi ödənişi üçün moratoriyaların uzadılması planlaşdırılır ( torpaq vergisi istisna olmaqla). Nazirin sözlərinə görə, həmçinin buğda idxalının ƏDV-dən azad olunması da aktualdır (ƏDV bir il müddətinə ləğv edilib). Bununla yanaşı, taxıl məhsullarının istehsalı ilə əlaqədar vergi güzəştləri də ola bilər.

"Biz daha mürəkkəb subsidiya formalarının tətbiqi, yanacağın alınmasında yeni kompensasiya mexanizmləri barədə dərindən düşünmək niyyətindəyik" - nazir bildirib.

Məsələyə bu kontekstdən yanaşaraq nazir Taxıl Fondunun yaradılması ilə əlaqədar tədbirlər görülməsini vacib sayır . Belə ki, bir çox təsərrüfatlar toxumun əldə edilməsində çətinliklərlə üzləşir.

İqtisadi İnkişaf Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təkliflər planı hazırlayaraq hökumətə təhvil vermək niyyətindədir.

Kənd Təsərrüfatı Nazirliyi bu il hökumət qarşısında aqrar bölmə üçün subsidiyaların həcmini 100 mln. manata qədər artırmaq təklifi ilə çıxış edib. Dövlət büdcəsinə bu məqsədlə 2008-ci ildə 80 mln. manat köçürülüb.

Subsidiyaların paylanması mexanizmində dəyişikliklərin vacibliyi 2007-ci ildə təsdiq edilmiş hər əkin hektarı üçün subsidiya həcminin 40 manatdan 50 manata qədər artması ilə əlaqədardır. Bu, keçən il ilə müqayisədə cari ildə toxum istehsalının 50 faiz artması ilə bağlıdır.

Keçən il üçün dənli bitkilərə olan kvota 8 min ton təşkil edibsə, cari ildə bu göstərici 16 min ton artacaq.

Nazirlikdən bildiriblər ki, bununla yanaşı əkin üçün materialların istehsalına əlavə subsidiyaların tətbiq edilməsi güman edilir. Müxtəlif reproduksiyalı toxum istehsalının 50 faizdən çox artması ilə əlaqədar fermerlər əlavə vəsaitlərin ayrılması xahişlə müraciət ediblər.

Keçən il toxum istehsalı 100-200 min ton səviyyəsində olub, bu il isə 1 mln. tondan artıq olması gözlənilir. Hava şəraiti (qar düşməsi) məhsulun, əsasən də dənli bitkilərin artımına müsbət təsir göstərib. Buğda əkini üçün torpaq sahəsinin 130 min hektardan 601 min hektara qədər genişlənməsi gözlənilir. Cari ildə ümumilikdə əkin sahələri 734 min hektardan 828 min hektara qədər artıb.

Fermerlərin əldə etdiyi yanacaq və mineral gübrələrin qiymətinə 50 faiz kompensasiya ödənilməsi məqsədilə 2007-ci ildə Azərbaycanın dövlət büdcəsindən kənd təsərrüfatı sahəsinin subsidiyasına 68,9 mln. manat ayrılıb. 596 806 fiziki və 12 hüquqi şəxs yanacaq, motor yağı və mineral gübrələri güzəştli şərtlərlə almaq üçün maliyyə yardımından istifadə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti