Azərbaycan, Bakı, 13 may/ Trend , müxbir İ.Xəlilova/ Operativ məlumatlara əsasən, 2008-ci ilin birinci rübünün yekunlarına görə, dövlət büdcəsinin gəlir hissəsi ötən ilin analoji dövrü ilə müqayisədə 82,6 faiz (897,5 mln. manat) artaraq 111 faiz yerinə yetirilib. Bu barədə çərşənbə axşamı ölkənin Maliyyə Nazirliyindən məlumat veriblər.
Dövlət büdcəsinə 1788,5 mln. manat proqnoza qarşı 1984,4 mln. manat köçürülüb. Büdcə daxilolmalarının əsas hissəsi (64,3 faiz və ya 1276,8 mln. manat) proqnozu 108 faiz yerinə yetirən Vergilər Nazirliyi tərəfindən təmin edilib. Dövlət büdcəsinə vergi ödəmələri 64 faiz (498,3 mln. manat) artıb.
Dövlət Gömrük Komitəsi 275,5 mln. manat (13,9 faiz) ödəyərək proqnozu 100,2 faiz yerinə yetirib ki, bu da ötən ilin müvafiq dövründəki ödəmələrdən 65,9 faiz çoxdur. Dövlət Neft Fondundan transferlər 2,5 dəfə artaraq 390 mln. manat (19,7 faiz) təşkil edib. Büdcə təşkilatlarının büdcədənkənar ödəmələrindən xəzinəyə 25,4 mln. manat (1,2 faiz), digər mənbələrdən isə 16,6 mln. manat (0,9 faiz) daxil olub. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi 1,1 mln. manat ödəyib ki, bu da 2007-ci ilin birinci rübündən 60,3 faiz çoxdur.
Dövlət büdcəsinin məxaric hissəsi 75,7 faiz yerinə yetirilərək 1812,6 mln. manat həcmində proqnoza qarşı 1372,5 mln. manat təşkil edib. Dövlət büdcəsinin məxaric maddələrinin yerinə yetirilməməsinə baxmayaraq, ötən ilin analoji dövrü ilə müqayisədə büdcə xərcləri 64,4 faiz (537,8 mln. manat) artıb. Sosial yönümlü xərclərin maliyyələşdirilməsi üçün 575,1 mln. manat (dövlət büdcəsinin bütün xərclərinin 41,9 faizi) ayrılıb ki, bu da 2007-ci ilin birinci rübü ilə müqayisədə 37 faiz çoxdur.
Sənaye, tikinti və faydalı qazıntılara olan xərclər 3,1 dəfə artaraq 361,2 mln. manat, nəqliyyat və rabitə - 7,8 mln. manat (v 2,1 dəfə), sosial müdafiə və təminat - 70,7 mln. manat (46,5 faiz), mədəniyyət, incəsənət, bədən tərbiyəsi - 6,8 mln. manat (45,9 faiz), mənzil-kommunal təsərrüfat - 4,2 mln. manat (41,6 faiz), səhiyyə - 11,7 mln. manat (34,7 faiz), təhsil - 32,9 mln. manat (26,8 faiz), kənd təsərrüfatı, balıqçılıq, ətraf mühitin mühafizəsi - 5 mln. manat (22,8 faiz), müdafiə - 15,4 mln. manat (19,3 faiz), hüquq-mühafizə və prokurorluq orqanları üzrə - 15,4 mln. manat (19,3 faiz) təşkil edib.
Əmək haqqı fondunun maliyyələşdirilməsi üçün birinci rüb ərzində 31,1 faiz artırılaraq 275,8 mln. manat ayrılıb ki, bu da büdcə xərclərinin 20,1 fazini təşkil edir. Əmək haqqı üzrə əlavə xərclər 26,2 faiz artaraq 58,2 mln. manat (4,2 faiz) təşkil edib.
Birinci rübdə büdcə 611,9 mln. manat profisitlə yerinə yetirilib.
Mayın 13-nə olan rəsmi məzənnə 0,8269 AZN/USD.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]