Azərbaycan, Bakı, 13 may / " müxbir Ü.İsmayılova, İ.Əlizadə/ Azərbaycan höküməti ölkədəki inflyasiya dərəcəsindən narahatdır. Yanvar-aprel aylarında inflasiya 17-18 faiz təşkil edib. Bu haqda Azərbaycanın Baş naziri Artur Rasizadə çərşənbə axşamı Rusiya Dövlət Duması Federal Məclisinin sədri Boris Qrızlovla görüşü zamanı bildirib.
"İnflyasiya dərəcisinin yüksəlməsi son dörd il ərzində ölkədə pul kütləsinin on dəfə artması ilə bağlıdır", - Baş nazir əlavə edib.
Görüş zamanı Azərbaycanın Baş naziri ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini və bu inkişafın həm paytaxtda, həm də bölgələrdə müşahidə olunduğunu qeyd edib.
Ölkədə inflyasiya dərəcəsi, başlıca olaraq, yoxsul təbəqəyə təsir göstərir, və bunun qarşısının alınması üçün Azərbaycan höküməti onlara ünvanlı sosial yardım ayıracaq,- Rəsulzadə əlavə edib.
Rəsulzadənin sözlərinə görə, hazırda 91 min azərbaycanlı ailəsi ünvanlı sosial yardım alır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]