Azərbaycan, Bakı, 30 may / Trend , müxbir S.Ağayeva/ Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM"a Qərbi Çindən Avropaya gedən marşrutdan və onun əks istiqamətindən istifadə etməyi təklif edib. Bu barədə cümə günü Bakıda jurnalistlərə GUAM-ın Baş katibi Valeri Çeçelaşvili bildirib.
Çeçelaşvili bildirib ki, GUAM hazırda yük daşımalarını təşkilata üzv dörd ölkənin ərazisində - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovada həyata keçirir. Lakin biz Qərb və Şərq istiqamətlərində kommunikasiya yolarının yaradılmasında da maraqlıyıq.
"Tranzit axınını artırmaq üçün yeni imkanlarımız ortaya çıxıb və biz hazırda bu təklifləri nəzərdən keçiririk", - deyə GUAM-ın Baş katibi bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]