...

Azərbaycanın Zamin Bank-ı Ukraynada törəmə bank açmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2008 20:53 (UTC +04:00)

Ukrayna, Kiyev, 06 iyun/ Trend , müxbir Z.Novosvtiski/ Azərbaycanın özəl bankı Zamin Bank 2009-cu ildə Ukraynada törəmə bank açmağı planlaşdırır. Bu barədə bankın müşahidə şurasının sədri Nadir İsmayılov cümə günü Kiyevdə jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, Zamin Bank Ukraynada artıq fəaliyyət göstərən bankı almaq deyil, yeni bank yaratmaq niyyətindədir.

Zamin Bank 2008-ci ilin sonunadək Ukraynada nümayəndəlik açmaq niyyətindədir. İlkin mərhələdə bankın əsas fəaliyyət sahəsi Ukrayna və Azərbaycan arasında pul köçürmələrinə xidmət göstərilməsi olacaq. Bankın məlumatlarına görə, ötən il Ukraynadan Azərbaycana $650 mln. məbləğində köçürmələr həyata keçirilib.

Zamin Bank Caspian Money Transfer pul köçürmələri sisteminin təsisçisidir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti