...

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi fermerləri təsərrüfatlarını sığortalamağa çağırır (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2008 12:06 (UTC +04:00)
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi fermerləri təsərrüfatlarını sığortalamağa çağırır (video)

Azərbaycan, Bakı, 14 iyun/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi fermerləri təsərrüfatlarını sığortalamağa çağırır. "Tez-tez baş verən əlverişsiz hava şəraiti səbəbindən bu sahədə risk səviyyəsini nəzərə alaraq təsərrüfatı sığortalamaq vacibdir", - Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri İsmət Abbasov şənbə günü bildirib.

Nazirin rəyinə görə, təbii fəlakətlər təsərrüfatın dağılmasına gətirə bilər, nəticədə fermer təsərrüfatsız və dəymiş zərərin ödənilməməsi riskinə məruz qala bilər. Fermerlər təsərrüfatın sığortalanmasına xüsusi maraq göstərmirlər və bunu vəsait çatışmazlığı ilə izah edirlər. Nazirlik daimi olaraq kənd təsərrüfatının sığortalanmasının vacibliyi barədə fermerlərin məlumatlandırılması üzrə iş aparır.

Azərbaycanda kənd təsərrüfatının inkişafına yardım haqqında qanuna 2007-ci ilin yayında təsdiq olunan əlavələrə əsasən, kənd təsərrüfatı sığortasında sığorta haqlarının maliyyələşdirilməsində dövlətin payı 25 faizdən 50 faizədək artırılıb. Azərbaycanda kənd təsərrüfatı sığortasında orta tarif təqribən ildə 1500 manatdır (bir hekatardan gələn gəlirin beş faizi). Bir hektar torpaqdan orta gəlir ildə təqribən 25 min manat təşkil edir.

Dövlət büdcəsi hesabına sığorta edilən kənd təsərrüfatı bitkiləri siyahısına buğda, arpa, qarğıdalı, günəbaxan, kartof, şəkər çuğunduru və tərəvəz daxildir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti