...

Azərbaycan və Ukrayna mal dövriyyəsini $1 mlrd.-dək çatdırmaq niyyətindədir – səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2008 16:27 (UTC +04:00)
Azərbaycan və Ukrayna mal dövriyyəsini $1 mlrd.-dək çatdırmaq niyyətindədir – səfir

Azərbaycan, Bakı, 04 sentyabr/ Trend , müxbir L.Əbdüləzimova/ "Azərbaycan və Ukrayna mal dövriyyəsi səviyyəsini $1 mlrd. -dək artırmaq niyyətindədir", - Ukrayanın Bakıdakı səfiri Boris Klimçuk cümə axşamı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, birinci yarımildə iki ölkənin mal dövriyyəsi bütövlükdə 2007- ci il ərzində olan $494,8 mln.-a qarşı $485,2 mln.-a çatıb. 2006 - cı ildə ölkələr arasında mal dövriyyəsi $355 mln., 2005-ci ildə isə, $259 mln. olub.

Səfirin sözlərinə görə, Azərbaycan və Ukrayna arasında ticarətin artım templərini nəzərə alan prezidentlər İlham Əliyev və Viktor Yuşşenko bu il dövlətlər arasında mal dövriyyəsini $1 mlrd.-dək artırmaq vəzifəsini qarşıya qoyublar.

Klimçuk qeyd edib ki, Ukrayna hakimiyyətinin çox sayda nümayəndəsi, sahibkarlar Azərbaycana səfər edir və dövlət strukturları, yerli biznesin nümayəndələri ilə danışıqlar aparırlar. Ölkələr arasında ticarətin inkişafı səviyyəsində ixrac və idxal arasında fərq azalıb. Ukraynaya ixrac edilən Azərbaycan mallarının sayı artır.

Səfirin sözlərinə görə, Azərbaycan ərazisində şəkər emalı zavodunun tikintisi planlaşdırılır və beləliklə, elit şəkər növlərinin istehsalı sahəsi üzrə azərbaycanlı iş adamları ilə əməkdaşlıq mümkün olur.

Klimçuk bildirib ki, Ukrayna tərəfi Azərbaycan bazarını özünün istehsal etdiyi mallarla təchiz etməyə hazırdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti