...

Polşa Azərbaycana ÜTT-yə daxil olmaqda yardım etmək istəyir və Aİ-ni Qafqazda ATZ yaratmağa çağırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2008 13:02 (UTC +04:00)

Krınitsa, Polşa, 13 sentyabr / Trend , müxbir V.Əərifov/ Polşa Azərbaycanın Ümumdünya Ticarət Təəkilatının (ÜTT) sıralarına daxil olmasının sürətləndirilməsi üçün ölkəyə yardım təklif edir. Polşanın iqtisadiyyat nazirinin müavini Martsin Korolets Polşanın Krınitsa şəhərində keçirilən 18-ci İqtisadi Forumda bildirib ki, Azərbaycana ÜTT-yə daxil olması prosesinə yardım edəcək ekspertlər təqdim etməyə hazırdır.

Korolets hesab edir ki, avqustda baş verən gürcü-osetin münaqişəsi Aİ-nin Qafqaz regionu ilə iqtisadi əməkdaşlığına yeni baxış yaradıb.

"Qafqazdakı vəziyyəti ölkələrin iqtisadi baxımdan möhkəmləndirilməsi ilə sabitləşdirmək olar", - Korolets forum çərçivəsində keçirilən "Aİ - Cənubi Qafqaz: iqtisadi əməkdaəlığın perspektivli istiqamətləri" seminarında çıxışı zamanı bildirib.

Nazir müavini iqtisadiyyatların gücləndirilməsi məqsədilə Avropa İttifaqı ölkələrini Cənubi Qafqaz dövlətləri ilə Azad Ticarət Zonasının (ATZ) yaradılmasına dair danışıqlara başlamağa çağırıb.

"Azad Ticarət Zonası yalnız ticarət yox, həm də sərmayələr deməkdir. Bu, bir növ "Azad Ticarət Zonası - plyusdur", - Korolets bildirib.

Azərbaycan, Polşa, Gürcüstan, Rusiya, Ukrayna, Ermənistan və Avropa Parlamentinn nümayəndələrinin iştirak etdiyi "Aİ - Cənubi Qafqaz: iqtisadi əməkdaşlığın perspektivli istiqamətləri" seminarında aparıcı qismində Azərbaycanın SİGMA tədqiqat mərkəzinin direktoru Rasim Ramazanov çıxış edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - sap

Xəbər lenti

Xəbər lenti