...

Yaxın vaxtlarda Bakı Metropoliteninin yeni baş inkişaf planı təsdiq ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2008 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir E.İsmayılov/ Sentyabrın sonunadək Bakı Metropoliteninin hazırladığı metro xəttinin gələcək inkişaf planının ölkə hökuməti tərəfindən təsdiqlənməsi gözlənilir, - bazar ertəsi Bakı Metropolitenindən bildiriblər.

"Plan çoxdan təqdim edilib və artıq bu ay hökumət tərəfindən təsdiq ediləcəyi gözlənilir", - Metropolitendən deyiblər. Təsdiqdən sonra il ərzində həyata keçirilməsi nəzərdə tutulan layihələşdirmə üzrə tender elan ediləcək

"Yeni plan paytaxtın baş planına uyğundur və metronun yeni xətlərinin tikintisini, mövcud xətlərin yenidən qurulmasını və genişləndirilməsini nəzərdə tutur. 40 yeni stansiyanın tikintisi də planlaşdırılıb. Plan 25 il ərzində realizə ediləcək", - Metropolitendən qeyd ediblər.

Bakı Metropoliteni "İçəri Şəhər" stansiyasından "Nəriman Nərimanov" stansiyasınadək üç aralıq stansiya ilə 1967-ci ildən fəaliyyət göstərir. Metropolitenin yeddi stansiyası ("İçəri Şəhər", "Sahil", "28 may", "Cəfər Cabbarlı", "Xətai", "Nizami", "Elmlər Akademiyası") dərin enişli, "Bakmil" - yerüstü, qalanları isə sütunlu, dayaz enişlidir (cəmi 20 stansiya).

Xəbər lenti

Xəbər lenti