...

"Bank Respublika"nın 7 əmanətçisi yeni uduş kampaniyası çərçivəsində qızıl külçə qazanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2008 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr/ Trend / "Bank Respublika" bu həftə əmanətçiləri arasında aylıq uduş kampaniyasının birinci tirajını keçirib və Bankın 7 əmanətçisi qızıl külçə qazanıb. Bu barədə bankın çərşənbəgünü yayılan məlumatında bildirilir.

Bankın 2 əmanətçisi hər biri 20 qram, daha 5 əmanətçisi isə, hər biri 10 qram olmaqla, ən yüksək -- 999,9 əyarlı Rusiya istehsalı olan qızıl külçələr qazanıb.

Yeni uduş kampaniyasının qaydalarına əsasən, "Bank Respublika" əmanətçiləri arasında hər ay 2 ədəd 20 qramlıq və 5 ədəd 10 qramlıq ən yüksək 999,9 əyarlı qızıl külçələr oynanılır. Kampaniyanın əsas hədiyyəsi Honda Accord avtomobili isə, 15 dekabr 2008 -ci il tarixində oynanılacaq.

Kampaniyada ən azı 12 ay müddətində və 1000 AZN / USD / EUR məbləğində olan əmanətlər iştirak edir. Əmanətin hər 1000 AZN / USD / EUR məbləği hər ay 1 şansa bərabərdir. Qaydalara əsasən, Bankın əməkdaşlarının və səhmdarlarının əmanətləri kampaniyada iştirak etmirlər.

"Bank Respublika" "Əmanət Şərtlərinin Sərbəst Seçimi" depozit proqramı üzrə müştərilərə geniş imkanlar təklif edir. "Bank Respublika" bu ay depozitlər üzrə faiz dərəcələrini artırmışdır və yeni şərtlərə əsasən, manat və ABŞ dollarında olan əmanətlər üzrə maksimal faiz dərəcəsi illik 16% təşkil edir.

"Bank Respublika"nın əmanətçilər,i əmanətin məbləği və müddətindən asılı olaraq, 45 günədək faizsiz kredit xətti ilə MasterCard və VISA kartlarını əldə edə, Home Banking və MobilBank xidmətinə pulsuz qoşula, bank seyfindən pulsuz istifadə edə, Bankın hesabına səyahət və tibbi sığorta və güzəştli şərtlərlə kredit ala bilərlər. Bank əmanətin məbləğinə dair heç bir məhdudiyyət qoymur və əmanətçilərə əmanətin şərtlərini seçmək imkanı verir.

"Bank Respublika" "Əmanətlərin sığortalanması haqqında" Qanuna əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və əhalinin Bankda yerləşdirilmiş əmanətləri Fondun şərtlərinə əsasən sığortalanır.

Xəbər lenti

Xəbər lenti