...

"İçəri şəhər" metro stansiyası nəzərdə tutulan vaxtda istifadəyə veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2008 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir E.İsmayılov/ Bakı metropoliteninin yenidən qurulan "İçəri şəhər" metro stansiyası noyabrın 8 - də istğifadəyə veriləcək. Bu barədə çərşənbə axşamı metropolitendən bildiriblər.

"Hazırda fəal iş gedir və stansiya vaxtında istifadəyə veriləcək", - deyə metropolitendən qeyd ediblər.

Gürcüstanın Poti limanında (Gürcüstğandakı münaqişəsi ilə bağlı) vəziyyətin qeyri - stabil olması səbəbindən, şüşə günbəzin elementləri və yeni ventilyasiya sistemi Bakıya gec gətirilib. Stansiya üçün nəzərdə tutulan yük Odessadan göndərilib. Metropolitendən əvvəllər bu səbəblərdən "İçəri şəhər" stansiyasının noyabrın sonlarında istifadəyə veriləcəyinin gözlənildiyini bildirirdilər.

Metal konstruksiya, şüşə və ventilyasiya sistemi Bakı metropoliteninin elan etdiyi tenderin qalibi olmuş İsrailin "Houri" şirkətinin istehsalıdır.

Əvvəllər "İçəri şəhər" metro stansiyası yenidənqurma və bərpa işlərilə əlaqədar bağlanmışdı. Hazırda burada əsaslı təmir işləri aparlır, Zahiri dəmir - beton konstruksiya şəffaf şüşə piramida ilə əvəz ediləcək. Bunda məqsəd Qədim Şəhərin qala divarlarının görünüşünü yaxşılaşdırmaqdan ibarətdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti