...

Avropa Mərkəzi Bankı bu gün faiz dərəcələrini olduğu kimi saxlayacaq - britaniyalı iqtisadçı

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2008 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir A.Bədəlova/ Avropa Mərkəzi Bankı (AMB) bu gün faiz dərəcələrini olduğu kimi saxlayacaq, - iqtisadi tədqiqatlar üzrə Capital Economics Britaniya Konsaltinq Şirkətinin iqtisadçısı Cenifer Makkeoun (Jennifer McKeown) hesab edir.

"AMB-nin bugünkü iclasda faiz dərəcələrini azaldaraq 180 dərəcə dönməsi, az güman ediləndir", - cümə axşamı Trend -a elektron poçtla Makkeoun bildirib.

Ekspertin fikrincə, növbəti il başlananadək faiz dərəcəsinin ilkin azaldılması baş verməyə də bilər.

"Biz hesab edirik ki, faiz dərəcələri bazarların gözlədiklərindən bir az gec azaldılacaq. 2009-cu ilin sonuna onlar üç faiz aşağı düşəcək", - o qeyd edib.

İqtisadçının sözlərinə görə, Avropa zonasının işgüzar fəallığının perspektivi AMB-nin ötən ay keçirilmiş iclasından sonra pisləşib.

"Avropa zonasında işgüzar fəallığın indeksi üzrə əsas göstəricilər tam enməni göstərir. Əvvəllər işgüzar fəallığın belə aşağı səviyyəsi faiz dərəcələrinin azaldılması ilə vəhdət təşkil edib", - iqtisadçı vurğulayıb.

Makkeounun sözlərinə görə, son ayın iqtisadi göstəriciləri Avropa zonasının texniki ressesiya vəziyyətinə daxil olmasını göstərir.

Sentyabrda avronun fəaliyyət zonasında PMI-ın işgüzar fəallığın ümumi indeksi avqustdakı 48,2 faiz göstəricisi ilə müqayisədə 47 faiz aşağı düşüb.

Makkeounun dediyinə görə, inflyasiyanın azalmasından asılı olaraq, bankın diqqəti real iqtisadiyyatın zəifləməsinə yönəldiləcək.

Avqustda regionda ay ərzində 0,1 faiz təşkil edən deflyasiya qeydə alınıb. 2007-ci ilin avqustundan 2008-ci ilin avqustunadək Avropa zonasında inflyasiya 3,8 faiz olub. Sentyabrda Avropa zonasında inflyasiya ötən ilin sentyabrı ilə müqayisədə 3,6 faiz azalıb.  

Xəbər lenti

Xəbər lenti