...

Avropanın böhrandan şərəflə çıxması üçün idarəetməni gücləndirmək lazımdır - Aİ-nin komissarı

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2008 19:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr/ Trend , müxbir A.Bədəlova/Maliyyə böhranı ilə bağlı problemlərin həlli üçün Avropa Ittifaqı səkkiz prinsip təklif edəcək, - Lüksemburqda mətbuat konfransında Fransanın maliyyə naziri Kristin Laqard deyib.  

Çərşənbə axşamı Aİ ölkələri iqtisadiyyat və maliyyə nazirlərinin görüşünün gedişində Laqardın dediyinə görə, vergitutma məsələləri müzakirə edilib.

"Biz əlavə dəyərə edilən vergini azaltmaq istəyirdik. Bu istiqamətdə müzakirələr noyabrda son qərarı qəbul etmək üçün davam etdiriləcək", - çıxışı "Vesi"telekanalının birbaşa efirində yayımlanan Laqard deyib.

Laqardın qeyd etdiyinə görə, əsas qısamüddətli məqsədlərdən biri əmanətçiləri dünya maliyyə böhranı ilə bağlı itkilərdən qorumaqdır. 

"Biz üzərilərinə artıq risk götürən və düzgün qərar qəbul etməyən rəhbərliklə (iri bank və şirkətlər) məsələləri aydınlaşdırmalıyıq", - Laqard bildirib.   

Laqard vurğulayıb ki, bank fəaliyyətinin şəffaflığı əsas prinsiplərdən biridir.

Mətbuat konfransında Aİ - nin iqtisadiyyat və valyuta siyasəti üzrə komissarı Hoakin Almuniyanın dediyinə görə, sistemli risklərin bazarlara mənfi təsirini azaltmaq lazımdır.

"Avropanın böhrandan şərəflə çıxması üçün biz idarəetməni gücləndirməliyik", - Almuniya qeyd edib.

Xəbər lenti

Xəbər lenti