...

Bakı Fond Birjası Mili Bank notlarının yerləşdirilməsi üzrə hərrac keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2008 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr / Trend / Bakı Fond Birjası (BFB) oktyabrın 16 - da Milli Bank (MB) notlarının yerləşdirilməsi üzrə hərrac keçirəcək. Hərrac saat 11:00-dan 12:30-dək keçiriləcək

Notların dövlət qeydiyyat nömrəsi 50104119S, emissiyaların ümumi həcmi 50 mln. manat, hərraca çıxarılan həcmi 20 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 27 gündür.

Hərrac zamanı, notlar buraxılışının 20%-dən artıq olmamaq şərti ilə? qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Ödəmə tarixi 2008 - ci il 12 noyabrdır.

Oktyabrın 14 - nə olan rəsmi məzənnə 0,8087 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti