...

Ermənistanın iqtisadiyyatı yalnız Rusiyaya maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2008 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr/ Trend /

Ellada Xankişiyeva, Trend -ın Analitik Mərkəzinin direktoru

Faktiki olaraq nəqliyyat blokadası ilə xarici dünyadan təcrid olnmuş və ciddi təbii ehtiyatları olmayan Ermənistan xarici sahibkarlar üçün xüsusi maraq kəsb etmir. Qeyd etmək kifayətdir ki, artıq 16 illik müstəqillik dövrü ərzində bu ölkəyə cəmi 3 mlrd. dollar birbaşa xarici sərmayə yatırılıb.

Ermənistan iqtisadiyyatına yatırılan bu sərmayələrin 1,7 mlrd. dolları (56,6 faiz) Rusiyanın payına düşür ki, bu da dünya ictimaiyyətini Moskvanı İrəvanın aparıcı iqtisadi tərəfdaşı hesab etməyə  vadar edir. İş ondadır ki, erməni müəssisələrinin əksəriyyəti "Borca görə əmlak" hökumətlərarası müqaviləyə əsasən, Ermənistanın Rusiyaya olan 108 mln. dollar dövlət borcunun ödənilməsi ilə əlaqədar, Rusiya tərəfinin əlinə keçib. Razdan DRES, "Mars" QSC, materialşünaslıq, idarəetmə sistemlərinin və riyazi maşınların avtomatlaşdırılması elmi - tədqiqat institutları RF-nin mülkiyyətinə keçib.

Rusiyalı sahibkarlar daha çox mənfəət əldə etmək məqsədilə havayı əldə etdikləri bu obyetklərə xeyli vəsait yatırırlar. Buna görə də, Ermənistana səramyə yatırmaqda maraqlı olan yeganə dövlət Rusiyadır. Rəsmi İrəvan bunun əvəzinə Rusiya biznesinin erməni bazarında fəal inkişafına əlindən gələn köməyi göstərir.

Bu gün Ermənistanda 1000- dən çox Rusiya müəssisəsi fəaliyyət göstərir. Respublikaya "Russki alüminiy", "RAO YES", "Qazprom" "Vımpeltelekom" VTB, Atom Energetikası üzrə Federal Agentlik kimi iri Rusiya şirkətləri gəlib.

Rusiya prezidenti Dmitri Medvedyev oktyabrın 20 - də Ermənistana rəsmi səfər edib. Ölkə prezidentləri iki dövlətin iqtisadi və humanitar əməkdaşlığının müxtəlif aspektlərini müzakirə ediblər. Görüşlərin yekunu üzrə, Rusiya və Ermənistan prezidentlərinin iştirakı ilə qarşılıqlı əməkdaşlıq haqqında bir sıra sənədlər imzalanıb. Sverdlovsk əyaləti və Ermənistan arasında ticari - iqtisadi, elmi və mədəni əməkdaşlıq haqqında saziş imzalaıb. Yaroslav əyaləti və Ermənistanın Armavir əyaləti arasında artıq bənzər saziş bağlanılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti