...

Azərbaycanın UniBank-ı brilyantların növbəti uduşunu keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2008 19:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr/ Trend / Azərbaycanın UniBank-ı "Brilyant depoziti" lotereya aksiyası çərçivəsində ,brilyantların doqquzuncu tirajını keçirib, - bankın çərşənbə axşamı yayılan məlumatında deyilir. Qalib müstəqil müşahidəçilərin nəzarətialtında təsadüfi kompüter seçimi üsulu ilə seçilib.

Ümumi çəkisi 1 karat olan üç brilyant Bankın əmanəti 1000 manatdan, ABŞ dollarından və ya avrodan az olmayan əmanətçiləri arasında oynanılıb. Doqquzuncu tirajda "Müddətli" depozitinin sahibi qalib gəlib.

Hər 1000 manat, ABŞ dolları və ya avro - qələbəyə 1 şans deməkdir. Əmanətin məbləği nə qədər böyük olsa, brilyantları udmaq şansı bir o qədər çoxdur.

"Brilyant depoziti" aksiyası 2008-ci ilin aprelindən 2009-cu ilin martınadək davam edəcək. Aksiyanın gedişində Unibank hər ay 0,3 karatlıq 3 brilyantı uduşa qoyacaq. On ikinci final uduşu Novruz Bayramına (2009-cu ilin mart ayı) həsr ediləcək və onun qalibi, hər biri ümumi çəkisi üç karat olan üç brilyant alacaq. Bütün brilyantlar, qiymətli daşların bütün keyfiyyət göstəricilərinin, məsələn, çəkisinin, rənginin, saflığının və işlənmə keyfiyyətinin göstərildiyi müvafiq sertifikatlara malik olacaq. Uduşda Bankın, aksiyanın keçirilməsinə qədər və onun keçirilməsi zamanı depozit qoymuş əmanətçiləri iştirak edəcəklər.

Dekabrın 23 - nə olan cari mübadilə məzənnəsi -- 0,802 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti