...

İqtisadi böhran Azərbaycan - Rusiya münasibətlərinin dərinləşməsi üçün daha bir amildir – Rusiya XİN rəhbərinin birinci müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2008 20:03 (UTC +04:00)
İqtisadi böhran Azərbaycan - Rusiya münasibətlərinin dərinləşməsi üçün daha bir amildir – Rusiya XİN rəhbərinin birinci müavini

Rusiya, Moskva, 29 dekabr/ Trend , müxbir R.Ağayev/ İqtisadi böhran Azərbaycan - Rusiya münasibətlərinin dərinləşməsi üçün daha bir amildir, - RF xarici işlər nazirinin birinci müavini Andrey Denisov hesab edir.

Həm Azərbaycan, həm də Rusiya enerji ehtiyatları istehsal edən ölkələrdir, enerji ehtiyatları bazarında kifayət qədər fəal rol oynayırlar, həmçinin, neftin qiymətinin xeyli düşməsndən kifayət qədər ciddi iqtisadi itkilər verirlər, - Denisov deyib. Onun sözlərinə görə, bununla əlaqədar, hər iki ölkənin ikitərəfli əməkdaşlığı möhkəmləndirərək, bu əlverişsiz tendensiyalara qarşı durmaq üçün bütün əsasları var.

İstehlakçı ölkələr daha çox birləşib, Rusiya, Azərbaycan kimi istehsalçı ölkələrdən daha yaxşı qarşıqlı fəaliyyət göstərirlər,- o qeyd edib.

"Buna görə də, iqtisadi böhran və onunla bağlı məsələlər müasir dünyada bizim praqmatik münasibətlərimizin dərinləşdirilməsi üçün daha bir amildir", - Denisov bazar ertəsi Moskvada, Trend - un müxbirinin sualını cavablandıraraq deyib.

Denisovun rəyinə görə, Azərbaycan və Rusiya arasında inkişafda olan humanitar əlaqələr, o cümlədən təhsil, elm və mədəniyyət sahəsində əlaqələr çox vacibdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti