...

Ukraynanın Konstitusiya Məhkəməsi qanunverici təşəbbüsün hər bir subyektinin dövlət büdcəsi haqında qanuna dəyişikliklər təklifini irəli sürə biləcəyini izah edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2009 20:43 (UTC +04:00)

Ukrayna, Kiyev, 15 yanvar/ Trend , müxbir Z.Novosvitski/ Ukraynanın "Ukraynanın Dövlət Büdcəsi haqqında" Qanuna dəyişikliklərin edilməsi təklifini qanunverici təşəbbüsün bütün subyektləri - Ukrayna prezidenti, Nazirlər Kabineti və Ukraynanın xalq deputatları irəli sürə bilər.

Konstitusiya Məhkəməsinin 13 yanvar tarixli belə qərarı cümə axşamı açıqlanıb.

2008 - ci ilin iyulunda Ukrayna tarixində ilk dəfə olaraq, Ali Radanın müzakirəsinə "2008 - ci ildə Ukraynanın Dövlət Büdcəsi haqqında" Qanuna dəyişikliklərin edilməsinə dair üç qanun layihəsi çıxarılmışdı. Onların müəllifləri kimi Ukrayna Nazirlər Kabineti, prezident və xalq deputatı çıxış etmişdi. Bunadək, büdcəyə dəyişikliklər təklifini istisna olaraq hökumət irəli sürə bilərdi. Bununla əlaqədar, Ukraynanın 54 xalq deputatı bununla əlaqədar, dövlət büdcəsinə dəyişikliklərin edilməsi haqqında Qanun layihələrini kimin irəli sürə biləcəyini  rəsmi təfsir üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Söhbət gələn ilin büdcəsinin işlənilməsindən gedərkən, bu, Ukrayna Nazirlər Kabinetinin müstəsna hüququdur, - Konstitusiya Məhkəməsinin məruzəçi hakimi Viktor Şişkin bu gün mətbuat konfransında izah edib. Söhbət cari ilin dövlət büdcəsi haqqında qüvvədə olan Qanuna dəyişikliklərin edilməsindən gedərsə, o zaman belə təklifləri qanunverici təşəbbüsün istənilən subyekti irəli sürə bilər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti