Qazaxıstan, Astana, 16 yanvar/ Trend , müxbir K.Konırova/
Dünya maliyyə böhranı ən
azı iki il davam edəcək. Bu barədə
Qazaxıstanın Baş naziri Kərim Məsimov Beynəlxalq
Valyuta Fondunun (BMF) nümayəndələri ilə
danışıqlardan sonra bildirib.
" Bu maliyyə böhranı qısamüddətli deyil,
uzunsürəndir! Biz ilkin olaraq böhranın 2009-cu ilin
yazında və ya payızında başa
çatacağını güman edirdiksə, indi obyektiv
şəkildə görünür ki, bu böhran ən
azı iki il davam edəcək. Buna görə, biz öz ehtiyatlarımızı
planlı şəkilədə istifadə etməliyik. Biz
dərk etməliyik ki, ölkə çətin
vəziyyətə daxil olur!" - deyə Kərim Məsimov bildirib.
Məsimovun məlumatına görə, Qərbdə və ABŞ - da dünya iqtisadi mərkəzləri artıq istehsal və iqtisadi göstəricilərin artım sürətini azaldıblar. Qazaxıstanın əsas tərəfdaşları - Rusiya və Çində bu artım ya ən aşağı olacaq, ya da olmayacaq.
"Qazaxıstanda xaricə xammal tədarükü həcmləri artıq azalmağa başlayıb. Bu, ötən lin sonundan müşahidə olunur", - deyə Baş nazir bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]