...

2008-ci ildə Azərbaycanın dövlət büdcəsi 102 faiz yerinə yetirilib - maliyyə naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2009 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar / Trend , müx.U.İsmaylova/ "Azərbaycanda 2008-ci ildə büdcə gəlirləri üzrə proqnoz nəzərdə tutulmuş 10,5 milyard manat əvəzinə 10,8 milyard manat, yaxud 102,7 faiz həcmində yerinə yetirilib", - deyə maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən 2008-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında bildirib.

Büdcə gəlirləri il ərzində 4,8 milyard manat, yaxud 79,2 faiz artıb.

"2008-ci ildə büdcə xərcləri 96,6 faiz, yaxud 10,7 milyard manat həcmində yerinə yetirilib ki, bu da öz növbəsində 2007-ci ildəki müvafiq rəqəmlərdən 594 milyon manat, yaxud 75,5 faiz çoxdur", - Şərifov əlavə edib.

Onun sözlərinə görə, Vergilər Nazirliyi proqnozlaşdırılan 5,3 milyard manatın əvəzinə 5,7 milyard manat, yaxud 105,8 faiz proqnozu yerinə yetirib. Vergilər Nazirliyindən dövlət büdcəsinə köçürülən məbləğ 2007-ci ilə nisbətən 26,2 faiz, yaxud 1,2 milyard manat artıb.

Azərbaycanın Dövlət Gömrük Komitəsi 2008-ci ildə proqnozu 100 faiz - 1, 11 milyard manat yerinə yetirib ki, bu da 2007-ci il göstəricisindən 43,8 faiz, yaxud 338 milyon manat çoxdur.

Dövlət Neft Fondu dövlət büdcəsinə nəzərdə tutulan 3,8 milyard manatlıq transferti həyata keçirib.

İl ərzində sosial tədbirlərə xərclər 2,31 milyard manat təşkil edib ki, bu da 2007-ci ilə nisbətən 38,4 faiz, yaxud 642 milyon manat çoxdur. Sosial müdafiə və sosial təminata yönəldilmiş cari sosial xərclər 42,2 faiz, səhiyyə xərcləri - 34,6 faiz, təhsil xərcləri - 35,5 faiz, mədəniyyət, informasiya və bədən tərbiyəsinə yönəldilən xərclər isə - 47,1 faiz artıb.  

Məqalənin müəllifi ilə əlaqə saxlamaq üçün [email protected]

Xəbər lenti

Xəbər lenti