...

"Azercell" növbəti "Uğur"unu qazanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2009 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend / "Azercell"-ə növbəti mükafat "Consulting & Business" jurnalı tərəfindən təqdim olunub. Şirkət "Azərbaycanın beynəlxalq aləmdə təbliğinə" görə iqtisadiyyat və biznes sahəsində "Uğur" milli mükafatına layiq görülüb.

"Gülüstan" sarayında keçirilən təqdimetmə mərasimində "Azercell Telekom" MMC-nin prezidenti Ali Ağan iştirak edib. Şirkətin prezidenti xatırladıb ki, əvvəllər də "Azercell" müxtəlif sahədəki nailiyyətlərinə görə "Uğur" alıb. "Bu dəfə ölkəmizi beynəlxalq aləmdə təbliğ etdiyimizə görə mükafata layiq görülmüşük. Bu da bizi xüsusilə fərəhləndirir. Bu mükafatı ötən ilin oktyabrında təşkil etdiyimiz toplantıya - dünya GSM texnologiyası liderlərinin Bakı konfransında, həmçinin bu layihə çərçivəsində Azərbaycanın PR-na görə alırıq".

Onun sözlərinə görə, həmin möhtəşəm tədbirdən sonra da "Azercell" şirkətinin nümayəndələri bir sıra beynəlxalq konfransda iştirak edərək ölkəmizin iqtisadi inkişafı və münbit sərmayə mühiti barədə məlumat veriblər. Prezident bir neçə gün əvvəl Moskvada keçirilən "TelecomsWorld" konfransını misal çəkib.

Ali Ağan "Azercell" olaraq Azərbaycanın daha çox tanıtdırılması istiqamətində işləri davam etdiriləcəyini bildirdi.

"Uğur" mükafatına eyni zamanda "Akkord" Şirkətlər Qrupu, Kapital Bank, "Qarant Sığorta" Şirkəti, "Qaradağ Sement" və qeyri-neft sektorunun digər öncül şirkətləri layiq görülüb.

Xəbər lenti

Xəbər lenti